Bu türk dövləti də Rusiyaya qarşı sanksiyalara qoşuldu
Bizi izləyin

Nida Xəbər

Bu türk dövləti də Rusiyaya qarşı sanksiyalara qoşuldu

Özbəkistan hakimiyyəti 2024-cü ilə kimi 11 mindən çox Rusiya vətəndaşı və şirkətini əhatə edən Rusiya Federasiyasına qarşı Qərbin sanksiyalarına qoşulmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb. Bildirilir ki, ölkə parlamentinin qərarına əsasən, ikinci dərəcəli sanksiyaların qarşısını almaq üçün banklara “qara siyahı”dakı fiziki və hüquqi şəxslərin vəsaitləri ilə hər hansı maliyyə əməliyyatı həyata keçirmək qadağan edilib.

Parlamentin mətbuat xidməti aydınlaşdırıb ki, qəbul edilən qanun layihəsində Çexiya, Latviya və Estoniyadakı sanksiyalar təcrübəsi nəzərə alınıb.

Özbəkistan Milli Bankı artıq “bank sektorunda sanksiyalara riayət sisteminin effektivliyini” artıracaq əlavə səlahiyyətlər alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm