Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 15 milyard dollara çatacaq
Bizi izləyin

Nida Xəbər

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 15 milyard dollara çatacaq

Türkiyə Azərbaycanla ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq üçün hər cür səy göstərəcək.

Publika.az xəbər verir ki, bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

“Ümumi ticarət dövriyyəmiz keçən il ilk dəfə 7,5 milyard dollar səviyyəsinə çatdı. 15 milyard dollarlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmaqda qətiyyətliyik”, – o qeyd edib.

Türkiyə Prezidenti iki ölkə arasında nəqliyyat və enerji sektorlarında qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

“Kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz aşkardır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır”, – dövlət başçısı söyləyib.

Türkiyə lideri Qars-Naxçıvan dəmir yolu layihəsinə də diqqət çəkərək sentyabrda Naxçıvana səfəri zamanı bu məsələni Prezident İlham Əliyevlə müzakirə etdiyini və müvafiq niyyət protokolunu imzalandığını xatırladıb.

“Naxçıvana səfərim çərçivəsində təməlini qoyduğumuz İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi ilə enerji sahəsində əməkdaşlığımızı yeni bir səviyyəyə çatdırdığımızı da xatırlatmaq istəyirəm”.

Türkiyə Prezidenti TANAP-ın imkanlarının genişləndirilməsini prioritet adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm