Nida Xəbər
Amerikan sağçı Azərbaycan əleyhinə çağırış etdi: Elə bir cavab aldı ki...
Tanınmış amerikalı sağçı Maykl Cernoviç “X” hesabında Azərbaycan-İsrail münasibətlərini tənqid edən tvit paylaşıb. Tvitdə deyilir: “İsrail xristianları öldürmək üçün müsəlmanları pilotsuz təyyarələrlə təmin etmək istəyirsə, bu, onun öz işidir. Amerikalı xristianlar İsrailə pul göndərməyi necə rasional hesab edirlər, çünki pulun bir hissəsinin xristianları etnik təmizləmə və soyqırımı üçün istifadə edəcəklər?”
Çernoviç tvitinə Azərbaycan-İsrail əlaqələri haqda dərc olunmuş yazının skrinini də əlavə edib.
Bu iddiaya tanınmış təhlilçi, öz təhlillərində Azərbaycanla bağlı obyektiv mövqedən çıxış edən Mayk Doran “X” səhifəsində İncildən sitat gətirməklə cavab verib:
“Ermənistan İranın müttəfiqidir. Ermənistanla Azərbaycan arasında baş vermiş yeganə soyqırımı isə Ermənistanın 1992-1993-cü illərdə həyata keçirdiyi soyqırımıdır. “Xristian milləti” ideyasının özü İranın müttəfiqinin bizi manipulyasiya etmək üçün istifadə etdiyi bidətdir. Qalatiyalılara 3:28: “Nə yəhudi var, nə ellin var, nə qul var, nə azad, nə kişi var, nə də qadın; çünki hamınız Məsih İsada birsiniz.”
1977-ci il təvəllüdlü M.Çernoviç tanınmış sağ baxışlı bloger, siyasi şərhçi, konspirolqodur. Özünü alternativ sağın liderlərindən biri kimi təqdim edir.
Vaxtilə Donald Trampın ardıcıllarından olub, hazırda ona qarşı çıxış edir, gender bərabərliyinə qarşıdır. “Pizzageyt” adı verdiyi qalmaqalla daha çox populyarlıq qazanıb. İddia edirdi ki, Demokrat Partiyasının rəhbərləri pedofillərdir.
C. Quliyev
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı