Nida Xəbər
Azərbaycan su diplomatiyası məsələlərində çox fəaldır - Heyko Şvarts
Azərbaycan su diplomatiyası məsələlərində çox fəaldır.
Publika.az xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin daimi nümayəndəsi Heyko Şvarts "Qarabağ bölgəsində su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfransda deyib.
"Su diplomatiyası mövzusu hər il daha böyük əhəmiyyət kəsb edir. Çünki su çatışmazlığı təkcə ayrı-ayrı şəxslər deyil, millətlər və ölkələr tərəfindən də hiss olunur. Bilirəm ki, Azərbaycan aşağı axın ölkəsi kimi bu problemlərlə üzləşir.
Almaniya da su və su resurslarının idarə olunmasını mühüm mövzu hesab edir. Ötən il Cənubi Qafqazın su resursları üzrə üç ölkəsi olan Azərbaycan, Ermənistan və Gürcüstandan doqquz ekspert bizim bu problemin həllinə necə yanaşdığımızı öyrənmək üçün Almaniyaya səfər ediblər.
Bu səbəbdən hesab edirik ki, yalnız birlikdə çalışsaq, bu problemi həll etmək və aradan qaldırmaq olar. Bu problemlərin həllində çox fəal olan Azərbaycanın rolunu qeyd etmək lazımdır", - deyə o qeyd edib.(trend)
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü