Nida Xəbər
APA-ya sədrlik Azərbaycana keçdi
Azərbaycan Milli Məclisi Asiya Parlament Assambleyasına sədrliyi iki il müddətinə öz üzərinə götürür.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.
Sədrin sözlərinə görə, qardaş Türkiyədən sədrliyi təhvil almaq qürurvericidir.
S.Qafarova qeyd edib ki, bu gün humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin artması, irqçilik, ksenofobiya və islamafobiya kimi günümüzün aktual problemləri də Asiya regionuna mənfi təsir göstərir:
"Etiraf etmək lazımdır ki, bütün bu çağırışları tək-tək yox, yalnız birgə səylərlə kollektiv şəkildə həll etmək olar. Bu, regionumuzda sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişafa da aiddir. Təbii, insan resurslarını, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri nəzərə alaraq hesab edirəm ki, regionumuz bu çağırışların öhdəsindən gəlmək üçün kifayət qədər imkanlara malikdir".
Spiker vurğulayıb ki, Asiya regionunun coğrafiyası, demoqrafiyası, mədəniyyəti və din müxtəlifliyi ölkələrimizi və xalqlarımızı bir-birindən ayırmır: "Əksinə, bu müxtəlifliklər onları zənginləşdirir və daha da yaxınlaşdırır. Asiyanın əməkdaşlıq, dialoq və həmrəylik baxımından təklif edəcəyi çox şey var. Bu mənada Asiya Parlament Assambleyası bu məqsədlər üçün mühüm çoxtərəfli platformadır".
Qeyd edək ki, Asiya Parlament Assambleyasına sədrliyi Türkiyə edirdi.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi