Nida Xəbər
İrəvan Mirzoyan-Bayramov görüşünü təsdiqləməyib? - Qazaxıstan XİN-dən AÇIQLAMA
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Qazaxıstanda keçirilməsi planlaşdırılan danışıqların vaxtı hələ müəyyən edilməyib, çünki İrəvan bu təklifə hələ cavab verməyib.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası ilə Ərəb İqtisadi Əməkdaşlıq Forumunun 3-cü iclası çərçivəsində jurnalistlərə deyib.
"Bu ölkələr - Ermənistan və Azərbaycan mənim yurisdiksiyam altında deyil, lakin bildiyimə görə, iştirakçılardan cavab verilmədiyi üçün görüşün tarixi hələ müəyyən edilməyib. Ermənistan hələlik razılıq verməyib, amma ümid edirik ki, bu danışıqlar baş tutacaq", - o deyib.
Bundan əvvəl, Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Smadiyarov Astanada keçirdiyi brifinqdə təsdiqləyib ki, həqiqətən də Almatıda belə danışıqlar planlaşdırılır və Qazaxıstan tərəfi hazırda Azərbaycan və Ermənistandakı həmkarları ilə əlaqə saxlayır. Eyni zamanda, onun sözlərinə görə, danışıqların yalnız bu iki tərəf arasında aparılması nəzərdə tutulur.
Onun sözlərinə görə, təsadüfi deyil ki, Qazaxıstan İrəvan və Bakıya bu danışıqlar üçün platforma olmağı təklif edib, onun Qarabağ probleminin həllində vasitəçilik rolu ötən əsrin 90-cı illərindən məlumdur.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: sirr, müəmma sizi narahat edəcək
-
Magazin221 May 23:36
Nəsrin bikinidə elə pozalar verdi ki... - FOTO
-
Sosial21 May 23:00
Özünü asaraq intihar edən nişanlı qızın FOTOSU
-
İdman21 May 22:50
"Çelsi" baş məşqçisini İTİRDİ - FOTO
-
Elm və təhsil21 May 22:30
Azərbaycanda universitetdə YOXLAMALAR BAŞLADI - Rektorun işi təftiş edilir
-
MDB21 May 22:12
Ovçu adamı heyvan zənn edərək GÜLLƏLƏDİ
-
MDB21 May 21:30
Kadırov TƏSDİQLƏDİ: hökumət başçısı istefa verdi - FOTO
-
Dünya21 May 20:40
Daha bir TƏYYARƏ QƏZASI: ölənlərin sayı artdı, çox sayda yaralı var