Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 1-də Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqal ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, Malayziyanın Parlament Senatı prezidentinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.

Azərbaycan-Malayziya dostluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib. Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatında yaxından əməkdaşlıq etdikləri vurğulanıb.

Eyni zamanda, Azərbaycan-Malayziya parlamentlərarası əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm