Nida Xəbər
Mövlam Şixəliyev haqda son qərar verildi
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev barəsindəki 12 il həbs cəzası qərarından verilmiş kassasiya şikayətinə baxılıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda məhkum Şixəliyevin vəkili Ceyhun Yusifov çıxış edib.
Vəkil Yusifov çıxışında müvəkkilinin verilmiş ittihamlara münasibətdə təqsirsiz olduğunu deyərək yüksək instansiya məhkəməsindən bəraət tələb edib.
Eyni iclasda Mövlam Şixəliyevlə birgə məhkum edilmiş keçmiş işçiləri - Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərovun da şikayətlərinə baxılıb. Onların da vəkilləri bəraət istəyiblər.
Prokuror isə apellyasiya instansiyasının qərarında hər hansı qanun pozuntusu olmadığını bildirərək şikayətlərin rədd edilməsini tələb edib.
Nazim Mövsümovun sədrlik etdiyi məhkəmə heyəti tərəflərin çıxışlarını dinlədikdən sonra qərarı elan edib.
Məhkəmə şikayətlərin heç birini təmin etməyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, M.Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. M.Şixəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu almaqda təqsirli bilinib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətə azadlıqdan məhrum edilib.
M.Şixəliyev general rütbəsindən məhrum edilib, əmlakları dövlət nəfinə alınıb.
-
Region00:30
İran xüsusi təyinatlıları arasında Zelenskinin oxşarı tapıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik görüşlə bağlı gözləntilər PUÇ OLA BİLƏR
-
Magazin119 May 23:12
Lalə Məmmədova sinə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Magazin119 May 21:24
Çingizin toyundan ilk görüntülər - VİDEO
-
ABŞ19 May 21:00
Rəisinin "Instagram" hesabından xalqa ÇAĞIRIŞ EDİLDİ - FOTO
-
ABŞ19 May 20:48
ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"
-
Nida Xəbər 19 May 20:16
XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır
-
Region19 May 20:12
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri yayıldı - VİDEO