Özbəkistan Prezidenti Orxan Sultanovla bu məsələləri MÜZAKİRƏ ETDİ - FOTO
Bizi izləyin

Nida Xəbər

Özbəkistan Prezidenti Orxan Sultanovla bu məsələləri MÜZAKİRƏ ETDİ - FOTO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev oktyabrın 17-də ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanovu qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildiirlib ki, görüşün əvvəlində O.Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Özbəkistan liderinə çatdırıb.

Sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi kontekstində Özbəkistan-Azərbaycan müttəfiqlik münasibətlərinin və çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib.

Müxtəlif səviyyələrdə davam edən intensiv təmaslar və səmərəli mübadilələr, qarşılıqlı ticarət və sərmayələrdə müşahidə olunan davamlı artım, mədəni-humanitar sahədə əməkdaşlıq layihələrinin və tədbirlərinin dəstəklənməsi və sürətləndirilməsi istiqamətində ölkələr tərəfindən atılan addımlar xüsusi məmnunluqla qeyd olunub.

Terrorizm, ekstremizm və radikalizm, kibercinayətkarlıq və digər müasir təhlükəsizlik çağırışlarına qarşı mübarizədə idarələrarası sıx qarşılıqlı əlaqənin və kəşfiyyat xidmətlərinin səmərəli əlaqələndirilməsinin gücləndirilməsinin vacibliyinə diqqət çəkilib.

Əfqanıstanın iqtisadi inkişafının təşviqinə yönəlmiş praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm