Nida Xəbər
"Ermənilər bunu etməsəydi, indi bayramı birgə qeyd edirdik"
"Əgər Sovetlər İttifaqı dağılanda ərazilərimiz işğal olunmasaydı, Dağlıq Qarabağ Muxtar vilayəti qalacaqdı və indi bayramı ermənilərlə birgə qeyd edirdik".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.
Komitə sədri vurğulayıb ki, 2024-cü ilin müstəqillik gününün ikinci əlaməti tarixdə ilk dəfə ermənilərin kompakt yaşadığı Xankəndindən etnik təmizləmə ilə deyil, könüllü getməsidir:
"Bir daha vurğulayırıq ki, Ermənistandan fərqli olaraq, biz heç vaxt monoetnik dövlət olmayacağıq. 1920-ci illə də müqayisə edə bilmərik, Cümhuriyyət zamanı ilə də, çünki ermənilər onda da müəyyən sayda Qarabağda mövcud idilər. Beləliklə, Azərbaycanın varlığı tarixində ilk dəfə millətimiz erməni muxtariyyatı və işğalı olmadan müstəqlliyini qeyd edir".
Zahid Oruc qeyd edib ki, bir çox keçmiş sovet ölkəsindən fərqli olaraq, ölkəmizdə hakimiyyət Brüsseldən təyin olunmur:
"O cümlədən, İran dövləti qacarlardan sonra ilk dəfə müharibədə qələbəmizdən bəhrələnmək və azərbaycanlıları Ali Dini Şura ətrafında birləşdirmək üçün Məsud Pezeşkianın timsalında bir azərbaycanlını 80 namizədin içindən xalqa rəhbər seçdi. Zəfərimizdən faydalandılar. 2023-cü ildə sona çatan erməni-azərbaycanlı konfliktini indi əbədi qurtarmaq və daimi sülhü bərqərar etmək də məzh Azərbaycandan asılıdır".
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO