Nida Xəbər
Azərbaycan-Türkiyə hərbi əlaqələri genişləndirilir - FOTO
Azərbaycan Respublikası müdafiə nazirinin müavinləri - Baş direktor Aqil Qurbanov, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak etmək üçün qardaş ölkədə işgüzar səfərdədir.
Bu barədə Publika.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, həmçinin qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri oktyabrın 22-də İstanbulda təşkil olunan sərginin açılış mərasimində iştirak ediblər.
Nazir müavinləri sərgidə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin və Müdafiə Nazirliyinin təqdim etdiyi stendlər, həmçinin nümayiş etdirilən digər müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub, bir sıra şirkət rəhbərləri ilə görüşlər keçiriblər.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində, həmçinin Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler və Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.
Görüşlərdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əlaqələrinin daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və digər məsələlər müzakirə edilib.
-
Magazin202:44
Corcina xəstəxanalıq oldu
-
Kriminal01:10
Bakıda dayənin körpəyə qarşı işgəncə görüntüləri yayıldı - VİDEO
-
Qoroskop00:01
Günün qoroskopu: Yeni ideyalar peyda olacaq
-
İdman25 Oktyabr 23:38
Dünya bu oyunu gözləyir: Messi ilk dəfə olaraq… - FOTO
-
Sosial25 Oktyabr 23:23
Azərbaycanda valideynlər uşaqlarına görün hansı qəribə adları qoymaq istəyiblər
-
Magazin125 Oktyabr 22:40
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar" - Əməkdar artist
-
Kriminal25 Oktyabr 21:52
Arvadının qətlə yetirdiyi bildirilən Hacının FOTOSU
-
Nəqliyyat25 Oktyabr 21:17
Ayın 27-də Bakıda bu yollar bir neçə saatlıq bağlanacaq - SİYAHI