Nida Xəbər
Ermənistan hərbi cinayətkarları ədalət məhkəməsinə verməlidir - Hikmət Hacıyev
Ermənistan, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü kimi, Azərbaycanın günahsız mülki əhalisinə qarşı ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları ədalət məhkəməsinə vermək öhdəliyi və hüquqi məsuliyyət daşıyır.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.
“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kaset sursatları ilə yüklənmiş “Smerç” raketləri ilə bombardman edilməsindən 4 il ötür. Bunun nəticəsində təxminən 30 günahsız mülki şəxs həlak olub, 100-dən çox insan ağır yaralanıb. Ermənistan Respublikası, BCM üzvü kimi Azərbaycanın günahsız mülki əhalisinə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları ədalət məhkəməsinə vermək öhdəliyi və hüquqi məsuliyyət daşıyır”, – o qeyd edib.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı