Nida Xəbər
İcma UNESCO nümayəndəsinin Azərbaycanla bağlı mövqeyini qınadı
Qərbi Azərbaycan İcması olaraq UNESCO-nun nümayəndəsi Krista Pikkatın Azərbaycan ərazisindəki mədəni abidələr ilə bağlı Ermənistanın iddiaları əsasında ölkəmizə missiya göndərilməsi məsələsi ilə bağlı ifadə etdikləri mövqeyi qınayırıq və rədd edirik.
Publika.az xəbər verir ki, bu fikirlər icmanın yaydığı bəyanatda öz əksini tapıb.
Qeyd oluub ki, UNESCO rəsmisinin vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması ilə bağlı UNESCO-nun müvafiq addımlar atması üçün dəfələrlə göndərilmiş müraciətlərin mahiyyəti üzrə cavabsız qalmasına aydınlıq gətirmək əvəzinə, Ermənistanın əsassız iddialarına yer verməsi qəbuledilməzdir.
"UNESCO-nun Azərbaycan xalqına qarşı dini və etnik əsasda nümayiş etdirdiyi bu ayrı-seçkilik bu təşkilatın Fransanın əlində anti-Azərbaycan siyasət üçün bir alətə çevrildiyini göstərir. UNESCO-dan Azərbaycana və xalqımıza qarşı böhtan və ayrı-seçkiliyə son qoymağı və Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən dağıdılması ilə bağlı öz vəzifə borcunu nəhayət yerinə yetirməyi, o cümlədən, bu ölkəyə xüsusi monitorinq missiyası göndərməyi tələb edirik", - bəyanatda bildirilib.
-
Yaxın Şərq01:11
Suriyada müvəqqəti hökumət QURULDU - Bu tarixə qədər fəaliyyət göstərəcək
-
Sosial00:15
Elçibəyin evi qarət olundu - FOTO
-
Magazin110 Dekabr 23:48
Ayaqları çürüyən Mahir Cürətin SON HALI - VİDEO
-
Magazin210 Dekabr 23:36
Britni Spirs bikinidə ata mindi - VİDEO
-
Sosial10 Dekabr 23:12
Həlak olan hərbi qulluqçunun FOTOSU
-
Mətbəx10 Dekabr 22:00
Bu salat 2024-cü ildə 2,35% BAHALAŞDI
-
Nida Xəbər 10 Dekabr 21:36
Nadir İsmayılovun xaricdəki hesabında 5.4 milyon manat var imiş
-
MDB10 Dekabr 21:12
İLAHİ MÖCÜZƏ: 11 uğursuz cəhddən sonra 44 yaşında ANA OLDU