Nida Xəbər
Eldar Əzizov Bakıya yağan leysandan danışdı: "Prokurorluqda iş açılıb"
"Bu dəfə yağan yağış nəticəsində zəif yerləri görmüş olduq. Bilirsiniz ki, kanalizasiya su təchizat sistemi ADSEA-nın, tunellərin subasması isə "Azərtikinti yol"un balansında olan strukturlardır".
Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib:
"Bakı Şəhər İcra Hakimiyyəti koordinator kimi çıxış etməlidir. Biz özümüzü bu məsuliyyətdən qəti kənarlaşdırmırıq. Əksinə, qurumlarla əməkdaşlıq edirik. Artıq belə bir hadisələrin təkrar baş verməməsi üçün lazımi tədbirlər görülür".
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin kanalizasiya xətlərinin və körpülərin keyfiyyəti ilə bağlı məhkəməyə müraciət edib-etməməsi məsələsinə də münasibət bildirib:
"Artıq baş vermiş hadisələrlə bağlı prokurorluqda iş açılıb. Mövcud hadisə baş verən tunel Dəmiryolunun balansında olan bir tuneldir. Prokurorluq tərəfindən istintaq aparılır. Son nəticələr haqqında yaxın günlərdə məlumat veriləcək".
-
Kriminal19:05
Azər Qasımlı barədə QƏRAR verildi
-
Dünya18:55
Kamal Kılıçdaroğlu və həyat yoldaşı QƏZAYA DÜŞDÜ
-
Hadisə18:45
Gəncədəki partlayış səsləri ilə bağlı daha bir AÇIQLAMA
-
Nida Xəbər 18:40
Statistika Şurasının YENİ TƏRKİBİ
-
Kriminal18:22
35 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan şəxslər İFŞA OLUNDULAR
-
Sosial17:48
MN-dən Seyfəli poliqonu ətrafında yayılan partlayış səsləri ilə bağlı məlumat
-
Hadisə17:10
ANAMA əməkdaşları Füzulidə qəzaya düşdü - Yeniləndi
-
Hadisə16:36
Saatlı sakini bu biznesmenin evindən yarım milyon oğurladı, kazinoda uduzdu