Nida Xəbər
Azərbaycanın bu sahədə fəal səylərini tam dəstəkləyirik - Mirziyoyev
İqlim dəyişikliyi geosiyasi gərginliyi artıran və böhranları dərinləşdirən əsas qlobal çağırışdır.
Publika.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində çıxışı zamanı bildirib.
Özbəkistan lideri Azərbaycan Prezidenti İlham Əliyevə COP29 iqlim konfransının yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
Ş.Mirziyoyev vurğulayıb ki, Özbəkistan müasir iqlim çağırışlarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə Azərbaycanın fəal səylərini tam dəstəkləyir.
"Bu gün iqlim dəyişikliyi - geosiyasi gərginliyin artmasına birbaşa təsir göstərən əsas qlobal çağırışdır. Xüsusilə yoxsulluq, ərzaq və enerji təhlükəsizliyi, su və resurslara çıxış problemləri dərinləşir. Biz bu problemləri Mərkəzi Asiyada kəskin şəkildə hiss edirik", - o bildirib.
"İqlim problemləri əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına və milli strategiyaların həyata keçirilməsinə mane olur", - o bildirib.
Ş.Mirziyoyevin sözlərinə görə, Özbəkistan Paris Sazişinin qlobal məqsədlərinə, o cümlədən cari yüzillikdə istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsində saxlanılmasına sadiqdir.
"Biz öz növbəmizdə karbon neytralllığına nail olmaq üçün genişmiqyaslı islahatlar həyata keçirir, 2030-cu ilə qədər emissiyaları 35% azaltmağı planlaşdırırıq. Biz həmçinin yaşıl məkanı genişləndirir, regional iqlim strategiyasının həyata keçirilməsində qonşu ölkələrlə əməkdaşlıq edirik", - Özbəkistan Prezidenti bildirib.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO