Nida Xəbər
Japarov dünya birliyini əlaqələndirilmiş iqlim fəaliyyətinə çağırdı
Qırğızıstan Prezidenti Sadır Japarov iqlim böhranının kəskinləşməsi fonunda dünya birliyini əlaqələndirilmiş və yaxşı maliyyələşdirilən iqlim fəaliyyətinə çağırıb.
Publika.az xəbər verir ki, o, bunu Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində çıxışı zamanı bildirib.
S.Japarovun sözlərinə görə, yalnız koordinasiyalı iş Paris Sazişinin məqsədlərinə çatmağa kömək edəcək.
"İqlim məsələləri ilə bağlı bütün ölkələr kiminləsə ikitərəfli münasibətlərindən asılı olmayaraq səylərini birləşdirməlidir. Biz iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv hədəfin erkən qəbulunu dəstəkləyirik, inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrə yardımın həcmini 2 trilyon ABŞ dollarına qədər artırmağa və bu maliyyə vəsaitinə asan çıxışı təmin etməyə çağırırıq", - o bildirib.
S.Japarov xatırladıb ki, Qırğızıstan xarici borcun davamlı və yaşıl inkişaf layihələrinə dəyişdirilməsi mexanizmi ilə bağlı təşəbbüs irəli sürüb. "Qırğızıstan bərpa olunan enerji sahəsində bir sıra layihələr həyata keçirir. Biz qonşu ölkələrlə birlikdə regionda ən böyük “Kambarata” SES-in tikintisi layihəsinə başlamışıq", - o qeyd edib.
Qırğızıstan lideri həmçinin buzlaqların intensiv əriməsi, səhralaşma və su ehtiyatlarının azalması fonunda su resurslarından səmərəli istifadənin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, su ehtiyatlarının hər il azalması energetika, təhlükəsizlik, iqtisadiyyat və s. sahələrə mənfi təsir göstərir.
-
Magazin207:15
Cud Lou “Şöhrət Xiyabanı”nda - Fotolar
-
İKT05:45
DİQQƏT! Şarj kabelləri vasitəsilə bank məlumatlarınızı oğurlaya bilərlər
-
Sosial03:19
Bakıda daha bir ərazidə evlər SÖKÜLƏCƏK - VİDEO
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı
-
Ekologiya13 Dekabr 22:14
Naxçıvanda narıncı xəbərdarlıq verildi