Nida Xəbər
Prezident Müqəddəs Taxt-Tacın Dövlət katibi ilə görüşdü - FOTO/YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
Publika.az xəbər verir ki, söhbət zamanı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dostluq və harmoniya şəraitində yaşamaları məmnunluqla qeyd olundu.
Dövlətimizin başçısı vurğuladı ki, ölkəmizdə multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, eyni zamanda, bizim həyat tərzimizdir.
Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycanda ikinci Katolik kilsəsinin layihələndirilməsi və tikilməsi prosesinə görə təşəkkürünü bildirdi. Bu, ölkəmizdə multikulturalizmə və dinlərarası dialoqa verilən töhfənin nümunəsi kimi dəyərləndirildi.
Prezident İlham Əliyev qədim xristian irsi olan Alban irsinin də Azərbaycanda dövlət tərəfindən qorunduğu dedi və ölkəmizin ən erkən və qədim xristian icmalarının yaşadığı məkan olduğunu vurğuladı.
Görüşdə Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun Vatikanda və dünyanın müxtəlif regionlarında xristian irsinin bərpasına verdiyi töhfə yüksək qiymətləndirildi.
Azərbaycan ilə Vatikan arasında əlaqələrdən məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
xxx
17:13
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
Publika.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
-
Nida Xəbər 21:36
Nadir İsmayılovun xaricdəki hesabında 5.4 milyon manat var imiş
-
MDB21:12
İLAHİ MÖCÜZƏ: 11 uğursuz cəhddən sonra 44 yaşında ANA OLDU
-
Sosial21:00
Sabah 5 minə yaxın abonent QAZSIZ QALACAQ
-
Sosial20:36
Bəzi xidmətlər 100-200 manata oldu - TAM SİYAHI
-
Nəqliyyat20:24
Bu yolda qatı duman var - Sürücülərə XƏBƏRDARLIQ
-
Sosial19:24
Leyla Əliyeva onlarla birgə rəqs etdi - FOTO
-
Magazin119:12
Pərvin Abıyevanın adından SAXTAKARLIQ - FOTO
-
Yaxın Şərq17:35
Suriyada müvəqqəti hökumətin başçısı bu şəxs oldu - FOTO