Aİ missiyasından Azərbaycana qarşı NÖVBƏTİ TƏXRİBAT - VİDEO
Bizi izləyin

Nida Xəbər

Aİ missiyasından Azərbaycana qarşı NÖVBƏTİ TƏXRİBAT - VİDEO

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.

Publika.az-ın əldə etdiyi görüntülərə görə, bu dəfə daha bir qrup Qazax rayonu istiqamətinə gəlib.

Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.

Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm