Nida Xəbər
Azərbaycan bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi
Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejimin təsis olunması proseduruna başlamağı təklif edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev "Sarajevo Times" nəşrinə müsahibəsində bildirib.
"Azərbaycan əməkdaşlıq, qarşılıqlı hörmət və sülh şəraitində inkişafın tərəfdarıdır. Biz Bosniya və Herseqovinanı dost və mühüm tərəfdaş kimi görürük. Əminik ki, münasibətlərimiz hər iki ölkənin və gələcək nəsillərin rifahı naminə öz inkişafına davam edəcək. Bu kontekstdə Azərbaycan turizmin və biznesin inkişafını təşviq etməyə davam etmək niyyətindədir və bunun xalqların yaxınlaşmasına, vətəndaşlar üçün faydalı nəticələr yaradacağına inanır. Azərbaycanın Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejimin tətbiqi prosedurunu başlatmağı təklifi səyahət, turizm və sosial mübadilələri əhəmiyyətli dərəcədə asanlaşdıracaq", - o deyib.
Səfir hər iki ölkənin yüksəksəviyyəli səfərlərin artırılması, müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsi və iqtisadi tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması üçün münasibətləri dərinləşdirməyə hazır olduğunu qeyd edib.
V.Quliyev, həmçinin vurğulayıb ki, Bosniya və Herseqovinanın Azərbaycandakı səfiri iki il əvvəl təyin edilmiş olsa da, ölkənin diplomatik nümayəndəliyi Bakıda hələ də açılmayıb. O, səfirliyin yaxın zamanda açılacağına və bunun ikitərəfli əlaqələri daha da möhkəmləndirəcəyinə ümid edir.
(Report)
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var































.jpg)


