Rusiyanı regiondan çıxarmaq üçün daha bir plan: Vens İrəvanda nəyi razılaşdıracaq?
Bizi izləyin

Nida Xəbər

Rusiyanı regiondan çıxarmaq üçün daha bir plan: Vens İrəvanda nəyi razılaşdıracaq?

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, məlum olduğu kimi, fevral ayında Ermənistan və Azərbaycana səfər edəcək.

Publika.az xəbər verir ki, səfərin əsas məqsədinin Zəngəzur dəhlizinin (TRIPP layihəsi) işə salınması olacağı bildirilir.

Birgə şirkətin yaradılması ilə bağlı müqavilənin imzalanması mümkündür və bu müqavilədə Amerika tərəfinin şirkətin 74 faizinə, Ermənistanın isə 26 faizinə sahib olacağı nəzərdə tutulur.

Ermənistan mətbuatında bu səfərlə bağlı başqa iddialar da səslənir. “Hraparak” yazır ki, TRIPP Vensin diqqət mərkəzində olacaq yeganə istiqamət deyil. Hökumətdə pərdəarxası olaraq Ermənistanın modul nüvə elektrik stansiyasının tikintisini ABŞ üçün saxlayacağı barədə sənədin də imzalana biləcəyi barədə söhbətlər gedir.

“Bu mövzu bir neçə ildir ki, hökumətin gündəliyində dolaşır. Rusiya da oxşar bir tələb irəli sürüb. Təbii ki, qərar siyasi olacaq. Qərb və ABŞ Metsamor Atom Elektrik Stansiyasının bağlanmasını və modul nüvə elektrik stansiyalarının tikintisini Rusiyanı regiondan sıxışdırmaq planlarının bir hissəsi hesab edirlər”, - məqalədə deyilir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm