Həbsdə olan jurnalistin anasının dəfnində iştirakına icazə verildi
Bizi izləyin

Nida Xəbər

Həbsdə olan jurnalistin anasının dəfnində iştirakına icazə verildi

“Meydan TV” işi üzrə hazırda həbsdə olan jurnalist Şəmşad Ağanın (Ağayevin) anasının dəfn mərasimində iştirakı etməsi ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.

Publika.az xəbər verir ki, bunu vəkil Cavad Cavadlı bildirib.

Təqdimata Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və qərar qəbul edilib.

Məhkəmə təqdimatı təmin edib, Şəmşad Ağanın dəfn mərasimində iştirak etməsinə icazə verilib.

Qeyd edək ki, Şəmşad Ağanın anası dünən vəfat edib.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb. Onların barəsində həbs-qətimkan tədbiri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm