Bank sektorunun xarici borcu açıqlandı
Bizi izləyin

Digər

Bank sektorunun xarici borcu açıqlandı

Bu ilin 4 ayında bank sektoru üzrə kredit portfelinin 5.9%-i (1 174 mln man) qeyri-qənaətbəxş və təhlükəli kreditlər təşkil edib.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankın tələblərinə əsasən bu növ kreditlər üzrə müvafiq olaraq 30% və 60% ehtiyat yaradılmalıdır.Bununla belə bankın qiymətləndirməsinə əsasən bank sektoru ümumilikdə bu şoka davamlıdır. Sektor üzrə kapital adekvatlığı əmsalı faktiki 17.3%-dən 14.7%-dək azala bilər.

Likvidlik riskinə gəlincə, bank sektorunun xarici borcunun qalıq məbləği 6.4 mlrd. manat və ya cəmi öhdəliklərin 22%-ni təşkil edib. Orta müddətli dövrdə (2009-2014-cü illər) sektor üzrə xarici borcun yenidən maliyyələşdirmə əmsalı 150% olub. Bu da bankların xarici bazarlardan vəsait cəlb etmək potensialının yüksək olmasını əks etdirir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm