Bankların borcu azalıb
Bizi izləyin

Digər

Bankların borcu azalıb

Kommersiya banklarının xalis xarici aktivləri 2015-ci il sentyabrın 1-nə 1 milyard 852,3 milyon manat mənfi saldo ilə tamamlanıb.

Publika.az xəbər verir ki, bu, avqust ayının 1-i ilə müqayisədə 281,6 milyon manat azdır. Fevralın sonunda bankların xarici xalis aktivləri 3 milyard 360,3 milyon manata çatıb. Mart-avqust aylarında bankların xarici xalis aktivlərinin saldosu 1 milyard 508 milyon manat azalıb. Xalis xarici aktivlərin azalması əsasən bankların xarici öhdəliklərinin azalması ilə bağlıdır. Belə ki, avqust ayında bankların xarici öhdəlikləri 315,2 milyon manat azalaraq 6 milyard 246,2 milyon manata düşüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm