9 ayda ölkəyə 20386 maşın gətirilib
Bizi izləyin

Digər

9 ayda ölkəyə 20386 maşın gətirilib

2014-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə, buğda idxalı 45 faiz, təzə meyvə 4,7 dəfə, kərə yağı, digər süd yağları və pastaları 16,4 faiz, mal əti 5,2 faiz, kartof 8,9 faiz, qara metallardan borular 4,6 dəfə, qara metallardan çubuqlar 55,9 faiz, polad prokatı 40,7 faiz artıb.

Publika.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, xam şəkər və şəkər idxalı 32,9 faiz, bitki yağları 4 faiz, çay 13,6 faiz, təzə tərəvəz 3,4 faiz, mebel 1 faiz, hesablama maşınları, blok və qurğuları 39,9 faiz, sement və sement klinkerləri 76 faiz, minik avtomobilləri 53,1 faiz, yük avtomobilləri 59,9 faiz, məişət soyuducuları 0,7 faiz, paltaryuyan maşınlar 46,8 faiz, məişət kondisionerləri idxalı 36,3 faiz azalıb.

2015-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 20386 ədəd minik avtomobili, 733 ədəd avtobus, 1584 ədəd yük avtomobili idxal olunub.

İdxal olunan məhsulların ümumi dəyərinin 23,3 faizini maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, onların hissələri, 17,6 faizini qara metallar və onlardan hazırlanan məmulatlar, 16,2 faizini nəqliyyat vasitələri, onların hissələri, 10,8 faizini ərzaq məhsulları, 3,5 faizini tütün və tütün məmulatları, 3 faizini əczaçılıq məhsulları, 2,7 faizini oduncaq (və ondan hazırlanan məmulatlar), 2,4 faizini plastik kütlə (və ondan hazırlanan məmulatlar), 1,5 faizini neft məhsulları, 1,2 faizini mebel (və onun hissələri), 0,4 faizini sement (və sement klinkerləri), 17,4 faizini digər məhsullar təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm