Digər
Fuad Muradov Səbail rayonunun seçiciləri ilə görüşüb - Foto
Səbail rayonundan Milli Məclisə seçilmiş deputat Fuad Muradov rayon seçiciləri ilə növbəti görüşünü keçirib. Bibiheybət qəsəbəsinin "Mədəniyyət evi"ndə sakinlərlə keçirilən görüş zamanı Kəlbəcərin işğal günü bir dəqiqlək sukutla yad edilib.
Daha sonra sakinlər qarşısında çıxış edən deputat Səbail rayonunda aparılan tikinti-quruculuq işlərindən və icra olunan layihələrdən danışıb. Rayonun Bakının infrastrukturnda mühüm yer tutduğunu deyən F.Muradov bildirib ki, Səbaildə aparılan bütün işlər prezident İlham Əliyevin ölkədə apardığı sosial-iqtisadi islahatların tərkibində həyata keçirlir. Bibiheybət qəsəbəsinin sosial problemlərinin həlli üçün müvafiq addımların atıldığını deyən deputat qeyd edib ki, qəsəbədə ən ciddi probelmlər öz həllini tapıb.
Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı F. Muradov vətəndaşlar tərəfindən qaldırılan təklifləri dinləyib. Deputat bütün qaldırılan məsələlərlə barədə müvafiq strukturlara müraciət edəcəyini vurğulayıb.
Deputat daha sonra Qurban Abbasov küçəsinin sakinləri ilə görüşüb. Bu küçənin sakinləri də üzləşdikləri bir sıra problemləri deputatın diqqətinə çatıdırblar. “N” saylı hərbi hissənin nəzdində olan uşaq bağçasına baş çəkən F. Muradov buradakı şəraitlə tanış olub. F. Muradov uşaq bağçasının bəzi zəruri avadanlıqla təmin olunmasının vacibliyini qeyd edib və müvafiq təkliflləri Müdafiə Nazirliyinə təqdim edəcəyini bildirib.
Seçicilərlə görüş Bayıl qəsəbəsinin “20-ci Sahə” ərazisindəki V.Nestrov küçəsində davam etdirilib. Sakinlər bu ərazi ilə bağlı qaldırdıqları problemlərin həllində göstərdiyi köməyə görə F.Muradova təşəkkür ediblər. Seçicilərinin bir sıra təkliflərini qəbul edən deputat müvafiq strukturlara bununla bağlı müraciət edəcəyini deyib. Daha sonra F.Muradov “20 sahə”də yerləşən uşaq baçğasının vəziyyəti ilə tanış olub.
Publika.Az
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ