Digər
Fövqəladə Hallar nazirinin yeni müavinləri - Tərcümeyi-hal
Dünən Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyi haqqında əsasnamədə dəyişiklik edərək qurumda nazir müavinlərinin sayını 4-dən 6-ya qaldırıb.
Bundan başqa ölkə başçısı fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki yeni müavin də təyin edib.
Prezidentin sərəncamı ilə Teymur Ramiz oğlu Mehdiyev fövqəladə hallar nazirinin
müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə
Tapdıq Əhliman oğlu Əmiraslanov
fövqəladə hallar nazirinin müavini vəzifəsinə təyinat
alıb.
Prezident İlham Əliyev yeni
rütbələrin verilməsi ilə bağlı sərəncam da imzalayıb. Sərəncama
əsasən, fövqəladə hallar nazirinin müavini Teymur Ramiz oğlu Mehdiyevə general-mayor ali hərbi
rütbəsi verilib.
Hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 1 birinci
müavini və 6 müavini var.
Birinci müavin Rəfail Mirzəyevdir.
Nazir müavinləri Faiq Tağızadə, Etibar Mirzəyev,
Ragim Lətifov, Orucəli Hacıyev, Teymur Mehdiyev və Tapdıq
Əmiraslanovdur.
Azərbaycan
Respublikasının fövqəladə hallar naziri Kəmaləddin
Heydərov
general-polkovnik rütbəsindədir.
1961-ci ilin iyulun 15-də Naxçıvan
şəhərində anadan olub. Bakı Dövlət Universiteti (keçmiş Azərbaycan
Dövlət Universiteti) və Azərbaycan Universitetini
bitirib.
Kəmaləddin Heydərov Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat
Fəttah Heydərovun oğludur.
Ailəlidir, 2 övladı var.
Nazirin birinci müavini
Rəfail Xalid oğlu Mirzəyev
general-leytenant rütbəsinə sahibdir. R.Mirzəyev 1959-cu ilin
fevralın 19-da Gürcüstanın Marneuli rayonunda anadan olub.
V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.
Ailəlidir, 3 övladı var.
****
Kəmaləddin Heydərovun müavini Faiq Cavad oğlu Tağızadə general-leytenantdır. F.Tağızadə nazirin tibb xidməti üzrə müavini vəzifəsini icra edir. O, 1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir. Faiq Tağızadə 1951-ci ildə noyabrın 17-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Ailəlidir, 3 övladı var.
***
Etibar Böyükbəy
oğlu Mirzəyev fövqəladə hallar nazirinin general-leytenant
rütbəli digər müavinidir. 1958-ci ilin noyabrın 30-da Naxçıvan
şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş
Azərbaycan Dövlət Universiteti) bitirib. Ailəlidir, 2 övladı
var.
***
General-leytenant Ragim Əhəd oğlu Lətifov K.Heydərovun daha bir müavinidir. O, 1963-cü ilin mayın 23-də Qəbələ şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.
***
Orucəli Məmməd
oğlu Hacıyev Fövqəladə Hallar Nazirliyində nazir müavini
postunu tutur. Nazir müavini 1959-cu ildə aprelin 20-də Naxçıvan
Muxtar Respublikasının Babək rayonunda anadan olub. Naxçıvan Dövlət
Pedaqoji İnstitutu və Bakı Dövlət Universitetini bitirib.
Ailəlidir, 2 övladı var.
Yeni nazir müavini Teymur Mehdiyev 1975-ci ildə iyunun 25-də Gürcüstanın Suxumi şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Nazir müavini 1997-1999-cu illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışıb. O, 1999-2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyib.
T.Mehdiyev 2001-2004-cü illərdə Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyində çalışıb. 2004-2006-cı
illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirinin
müavini, 2006-2011-ci illərdə isə Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirinin müavini, 2011-2014-cü illərdə isə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci
müavini vəzifələrində işləyib.
2011-ci ildə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Fövqəladə hallar nazirinin müavini
Teymur Mehdiyev Prezident
Administrasiyasının rəhbəri Ramiz
Mehdiyevin oğludur.
***
Tapdıq Əhliman oğlu Əmiraslanov 1978-ci ilin fevralın
7-də Moskva şəhərində anadan olub
O, ABŞ Hyuston Universiteti və St.Thomas Universitetini bitirib,
iqtisad elmləri namizədidir
Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman
Əmiraslanovun oğludur.
Ailəlidir, 2 övladı var.
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər