
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının rəhbəri
Dövlət Baxçalı ölkəni ayağa qaldıran bayraq hadisəsinə çox sərt
reaksiya verib.
O, çıxışında bayrağın endirilməsini namusun itirilməsilə əlaqələndirib.
“Bayraq enərkən soyuqqanlı ola bilirsinizsə, namus və şərəf əldən gedərkən də, o zaman soyuqqanlılığınızı əldən vermərsiniz”- deyə Dövlət Baxçalı bildirib.
Qeyd edək ki, Diyarbəkır 2-ci Hava Qüvvələri komandanlığında Türkiyə bayrağının endirilməsi ölkənin hər yanında kəskin reaksiya doğurub. Hadisə ölkə prezidenti və baş nazir də olmaqla hökumət, o cümlədən bir sıra dövlət nümayəndələri tərəfindən pis qarşılanıb. /Ans/