Digər
Türk bayrağını endirdilər, türk milləti ayağa qalxdı - VİDEO
Türkiyəni yenidən etiraz dalğası
bürüyüb.
Bu dəfə iqtidarlı, müxalifətli xalq bir olaraq ayağa qalxıb. Buna səbəb Türkiyənin Diyarbəkir vilayətində 2-ci Hava Qüvvələri Korpusunda bir etirazçının türk bayrağını endirməsi olub.
Aksiyanın Türkiyənin dövlət atributuna, bayrağına qarşı olması türkləri coşdurub. Bayrağın endirilməsinə qarşı millətin ayağa qalxması qürurverici hadisədir.
Türkiyənin Diyarbəkir vilayətində 2-ci Hava Qüvvələri Korpusunda
bir etirazçının türk bayrağını endirməsi bütün ölkəni ayağa
qaldırdı. Üstəlik, bu hadisə, bayrağa münasibət məsələsini gündəmə
gətirdi. Bir təkzibolunmaz həqiqət ortaya qoyuldu ki, bayraq
müqəddəsdir, bayraq toxunulmazdır, bayraq dövlətin rəmzidir. Ona
qarşı edilən hər hansı hörmətsizlik dövlətə, dövlətçiliyə qarşı
edilən hörmətsizlik deməkdir. Fərqi yoxdur, bu hörmətsizliyi hətta
uşaq da etsə belə, o, öz cəzasını alacaq. Necə ki, bunu baş nazir
Rəcəb Tayyib Ərdoğan açıq şəkildə ortaya qoydu.
Eskişehir, Ərzurum, Malatya kimi şəhərlərdə minlərlə yerli sakinin
qatıldığı aksiyada da əsas şüarlar bayrağın toxunulmazlığını
yönəlik şüarlar olub.
Ən ciddi insident isə Diyarbəkirdə - bayrağın endirildiyi vilayətdə baş verib. Barış və Demokratiya Partiyasının kürd fəalları ilə polis arasında toqquşmalar əsl müharibə təəssüratı yaradıb. Üzü maskalanmış etirazçılar iğtişaşlar törədərək, polis üzərinə səsli partlayıcılar, Molotov kokteyllər və fişənglər atıb. Alışqan materiallardan biri polisin texnikasının od tutması ilə nəticələnib. Yaşanan gərginlik polisin gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxiləsindən bir müddət sonra səngiyib.
Türkiyədəki bayraq qalmaqallı aksiyalarda Azərbaycan bayrağı da
öndə olub. Əslində bizim öz bayrağımıza münasibət də Türkiyədən
fərqli deyil. Azərbaycan bayrağı həmişə yüksəkdədir və bayrağımıza
istənilən kobud müdaxilə etirazla qarşılanır. Elə uzağı getməyək,
2009-cu ildə Türkiyənin Bursa şəhərində Azərbaycan bayrağının bir
məmur tərəfindən zibil qutusuna atılması, iki dövlət arasında çox
ciddi narazılıqlarla müşaiyət olunmadımı? Nəticə, həmin məmurun
vəzifədən getməsilə nəticələndi. Və yaxud, Xəzər sularında üzən bir
Amerika şirkətinə məxsus gəmidə Azərbaycan bayrağının cırılması da
bir neçə il əvvəl ciddi qalmaqala səbəb olmuş, faktla bağlı Səbail
Rayon Prokurorluğunda cinayət işi də qaldırılmışdı. Yəni bayraq
Azərbaycanda da çox həssas mövzudur və analoji hadisə bizdə də baş
verərsə, bayrağımızı eyni cür müdafiə etməyə qadiriz. Bu məsələdə
bizim ən ağrılı yerimiz ara-sıra bayrağımızı müəyyən tədbirlərdə
başıaşağı asmağımızdır.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu