Digər
Kraliçanın ayaqqabılarının 50 illik sirri
İngiltərə kraliçası II Yelizavetanın
ayaqqabılarının sirri açılıb. ANS PRESS-in məlumatına görə, kraliça
50 ildir ki, eyni tip ayaqqabıları
geyinir.
Son 11 ildə kraliçanın geyimlərini hazırlayan
Stevard Parvin 88 yaşlı II Yelizavetanın 6,5 sm dabanı olanı
klassik ayaqqabılarının 4 nəfərlik bir komanda tərəfindən
hazırlandığını deyib.
"Kraliçanın ayaqlarının narahat olması
qəbuledilməzdir. Buna görə də hər dəfə ayaqqabı hazırlamamışdan
öncə ayaq ölçüsü onunla eyni olan bir nəfər ayaqqabını geyinərək
sarayın dəhlizlərində gəzir. Kinders adlı saray işçisi ayaqqabıları
pambıq corabla geyinir və xalıların üzərində
gəzir".
Kraliçanın ayaqqabıları qara, qəhvəyi, bej və ağ
rənglərdə hazırlanır. Bir ayaqqabı 1000 funt sterlinqə başa
gəlir.
Yelizavettanın ayaqqabılarını hazırlayan və
1922-ci ildə qurulan emalatxananın ustası David Hyattın sözlərinə
görə, hər il kraliçaya 1 və ya 2 ayaqqabı
hazırlanır.
Bəzən isə onun köhnə ayaqqabılarının daban və üst
hissəsi yenilənərək ömrü uzadılır. "Kraliça israfçılıq
etmir".
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ