Digər
Amerikalı jurnalistlər Obamanı ittiham etdi
ABŞ-ın peşəkar jurnalist təşkilatları prezident Barak Obama administrasiyasını kəskin tənqid atəşinə tutublar. Təşkilatlardan verilən məlumata görə, ölkədə söz azadlığı boğulur, senzura isə kəskinləşir.
Bununla bağlı bir neçə jurnalist təşkilatı Obamaya müraciət ünvanlayıb. 38 təşkilat rəhbərinin imzaladığı müraciət məktubunda deyilir ki, ABŞ hökumətinin informasiyanın gizlədilməsi elə bir həddə çatıb ki, jurnalistlər adi məlumatı belə rahat əldə edə bilmir.
“İnformasiya almaq istədikdə maneələrə rast gəlirik. Halbuki seçkiqabağı kampaniyada media üçün açıqlıq vəd edirdiniz” deyə məktubda bildirilir.
Washington Examiner yazdığına görə, KİV üçün daha çox şəffaflıq və informasiya əldə edilməsi üçün şəraitin yaradılması əvəzinə, jurnalistlər bağlı qapılar arxasında qalır. Jurnalistlərin sözlərinə görə, dövlət məmurlarına müsahibə verməyi qadağan ediblər. Bundan əlavə, KİV nümayəndələri iddia edir ki, onların sualları çox vaxt cavabsız qalır. Kəskin qələm sahibləri isə dövlət orqanlarında və tədbirlərində, ümumiyyətlə, qara siyahılara salınır.
Ülviyyə
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO