Digər
Tarixin ən böyük eşq QALMAQALLARI
Publika.az Türkiyə mətbuatına istinadən tarixdə əsasən siyasətçilərin adı hallanan eşq qalmaqallarını təqdim edir:
Roma İmperatoru Yuli Sezarı özünə aşiq edən, sonra isə sərkərdə Mark Antonio ilə eşq yaşayan Kleopatra siyahıda birincidir.
Rus çarı ikinci Pyotr ilə evli olsa da, başı eşq qalmaqallarından açılmayan Yekaterinanın adı bu siyahıda özünə ikinciliyi təmin edib.
Siyahıda üçüncü yeri ABŞ-ın keçmiş prezidenti Bill Klinton tutur. Ağ Evdə köməkçisi Monika Levinski ilə eşq yaşayan president bunu geniş ictimaiyyətdən gizlədə bilməmişdi.
Bu siyahıda İngiltərə kralı 8-ci Edvard da var. Qalmaqallı Uels şahzadəsi Uallis Simpsonla evlənməklə kral ölkəsində etirazla qarşılanır. Çünki onun arvadının “parlaq keçmişi” var idi.
Hindistanın ilk baş naziri Cəvahirləl Nehru Britaniya kralı tərəfindən Hindistana göndərilən Lord Luis Mountbatteninin arvadı ilə eşq yaşayır. Lakin müstəqilliyini elan edən Hindistanda bu eşq qalmaqalı gizlədilir.
Böyük Britaniyanın Müdafiə Naziri Con Profyumo İtaliya kəşfiyyatı tərəfindən tələyə salınır. Onun fahişə xidmətindən istifadə etməsinin üstü açılır və nazir istefaya gedir.
Kanada da isə bütün hökumətin adı eşq qalmaqalında hallanır. SSRİ agentləri ilə yataqda görüntülənən nazirlərin bir çoxu istefa verib. Bu qalmaqalda əsas fiqur isə Gerda Munsinger olur.
ABŞ-ın üçüncü prezidenti Tomas Cefferson isə evində xidmətçi işləyən qaradərili qızla eşq macərası yaşayır. Qızın hamilə qalması isə məsələnin üstünü açır. DNA testi də uşağın Ceffersondan olduğunu təsdiqləyir.