Digər
Milli komanda stadionsuz qalacaq?
2018-ci ildən etibarən İngiltərə milli komandası “Uembli” stadionunda oynamaya bilər.
Publika.az xəbər verir ki, stadion rəhbərliyi belə qərarın qəbul edilməsində israrlıdır. Rəhbərliyin bu addımı atmağa məcbur edən səbəb var. O da İngiltərə millisinin oyunlarına azarkeş marağının az olmasıdır.
Sentyabrda keçirilən Norveçlə oyunda təmirdən sonra “Uembli”nin tarixində ən aşağı göstərici qeydə alınıb. Həmin oyuna cəmisi 40 181 bilet satılmışdı.
Stadion rəhbərliyi 2015-ci ildə “Uembli”də amerikan futbolu liqasının 3 qarşılaşmasını keçirmək istəyir. Gözlənilir ki, həmin oyunlarda stadionda anşlaq olacaq. Bunu nəzərə alan stadion rəhbərliyi siyasətində dəyişiklik etmək istəyir. Ola bilsin ki, amerikan futbolu liqasının qarşılaşmaları stadionda mütəmadi keçirilsin.
Qeyd edək ki, İngiltərə yığmasının “Uembli”də oynamaq üçün 2017-ci ilə qədər müqaviləi var. “Uembli” təmir olunarkən, İngiltərə millisi “Old Trafford”da, “Sent-Ceyms Park”da, “Enfild”də və “Villa Park”da oynayıb.
Aygün
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi