Digər
Azərbaycanda məşhur apteklər şəbəkəsi bağlanır? - ÖZƏL
Son vaxtlar “Riyad-Farm” MMC-yə aid olan eyni adlı apteklər şəbəkəsi maliyyə çətinliyi keçirir.
Publika.az-ın məlumatına görə, paytaxtın müxtəlif yerlərində fəaliyyət göstərən “Riyad-Farm” apteklərində böyük dərman çatışmazlığı yaranıb. Alıcılar deyir ki, artıq 1 aydan çoxdur ki, “Riyad-Farm” apteklərində nəinki istədikləri dərmanları, adi dərmanları belə tapmaq mümkün deyil.
Məsələ ilə bağlı Publika.az-ın əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən bir neçə “Riyad-Farm” apteklərində olublar. Aptekdə çalışan işçilər də alıcıların dediklərini təsdiqləyib. “Riyad-Farm”-ın satıcıları bildirib ki, şirkət maliyyə sıxıntıları keçirdiyi üçün apteklərə dərmanlar gətirilmir: “Bizə də deyilib ki, pul olmadığı üçün dərman gətirilmir. Hazırda aptek bağlanmaq təhlükəsi ilə üzə-üzə qalıb. Çünki alıcılar bir neçə dəfə bura gəlib istədikləri dərmanları aptekdə tapa bilmirlər və nəticədə isə müştəriləri itiririk”.
Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənməyə çalışacağıq.
Xatırladaq ki, 1998-ci ilin martında təsis edilən “Riyad-Farm” MMC 2003-cü il aprelin 1-i Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Bakı Bölgə Şöbəsində “Dövlət qeydiyyatı”na alınıb.
Vasif Həsənli
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?