Digər
Azərbaycanlı aktrisadan şok etiraf: “Rəfiqəmin yoldaşımdan uşağı var“
Azərbaycanın tanınmış aktrisası, daha çox “Keyxanım” kimi tanınan Ülviyyə Əliyeva “maskalanmış” müğənnilərdən söz açıb.
Publika.Az-a müsahibəsində aktrisa açıq-saçıq səhnələrə və
geyimlərə bu vaxtadək üstünlük verməməyinin səbəblərindən, şəxsi
həyatında başına gələn kədərli hadisədən də danışıb.
- Dilarə xanımın, sizin və “Toppuş bacı”nın apardığı verilişdə
şou-biznes əhlinin nazı ilə oynamaq çətin deyil?
- Ulduzlar kaprizli xasiyyətlərini qapı arxasında qoyub səhnəyə
çıxırlar. Çünki onların özləri də görürlər ki, biz onlara qarşı çox
səmimiyik. Hər birinə də ayrı-ayrılıqda hörmət edirik.
- Müğənnini sevmədiyiniz halda, onu güldürmək məcburiyyətində
qalmısınızmı?
- Xeyr, elə məcburiyyətdə qalmamışam. Çünki ssenari verilir və el
arasında “Toppuş bacı” kimi tanınan Tünzalə Əliyevayla sözügedən
rolu oynayırıq.
- “Maskalı” müğənnilər çoxdur?
- İfaçıların əksəriyyəti üzlərini maska altında gizlədiblər.
Əslində mən onları qınamıram. Çünki belə olmalıdırlar.
- Açıq-saçıq səhnələrə və geyimlərə üstünlük verməməyinizin
səbəbi nədir?
- Xasiyyətimdən irəli gəlir. Eyni zamanda da mənə kənarda ailəm
baxır. Hər bir azərbaycanlı xanımın abır-hayası olmalıdır.
- Boş vaxtınızı kimlə və necə keçirirsiniz?
- İşlərimi bitirdikdən sonra hər gün dostlarımla görüşürəm.
- Teatrdan savayı, daha nələrlə maraqlanırsınız?
- Kitab oxumağı və musiqi dinləməyi çox sevirəm.
- Bildiyimizə görə, şəxsi həyatınızda xəyanətlə üzləşmisiniz.
Doğrudur?
- Bəli, doğrudur. Öz rəfiqəm tərəfindən aldadılmışam. Hazırda
əvvəlki yoldaşımın sözügedən rəfiqəmdən uşağı var.
Ceyran Əsgərqızı
Publika.Az
-
Hadisə14:53Biləsuvardakı qəzada ölən üç gənc eyni kənddə dəfn olundu - FOTOLAR
-
MDB14:31Polisi dişlədi, 2 ilə yaxın həbs cəzası aldı
-
İdman14:10"Ayaks"da "Qarabağ"la oyunöncəsi itki
-
Sosial13:50Leyla Əliyeva və Arzu Əliyeva Banqladeş hökumətinin Baş müşaviri ilə görüşdülər
-
Magazin213:30"Eyforiya" serialının ulduzu soyundu - FOTO
-
Hadisə13:07Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB
-
Səhiyyə11:24Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər









.jpg)




















.jpg)



