Digər
SOCAR Türkiyədə daha bir maliyyə əməliyyatı reallaşdırıb
Dünyanın lider investisiya banklarından biri Goldman Sachs International, Petkim Petrokimya Holding A.Ş-nin törəmə şirkəti olan Petlim Limancılık Ticarət A.Ş-nin 30%-lik hissəsini 250 milyon dollara satın alıb.
Publika.az xəbər verir ki,.18 iyul 2014-cü il tarixində başlayan satış prosesi dekabrın 19-da yekunlaşıb. Bununla da hissələrin Goldman Sachs-a təhvili gerçəkləşib. Müvafiq məbləğ ödənilib. Maliyyə dünyasının nüfuzlu nümayəndələri bu sövdələşmənin SOCAR üçün uğurlu olduğunu qeyd ediblər. Dünya investisiya banklarının liderlərindən sayılan ABŞ-ın Goldman Sachs bankının “Petlim”ə verdiyi dəyər layihənin gələcəyinə göstərilən etimadın ən bariz nümunəsidir.
“Petlim” Limanı SOCAR-ın Əliağada “Neftayırma-Neft kimyası
Enerji-Logistika” inteqrasiyasına dair mövcud strategiyasının ən
önəmli ünsürlərindən birini təşkil edir. “Petlim” bütün Egey
bölgəsinin və Türkiyənin ən önəmli konteyner limanlarından
olacaqdır.
“Petlim” Limanının inşası hazırda plana uyğun olaraq davam
etməkdədir. 1.5 milyon TEU həcmə sahib olacaq liman 2015-ci ilin
ikinci yarısında istismara veriləcəkdir. Limanın istismarını
konteyner limanı işlətməsində dünyanın ən böyük şirkətlərindən biri
olan MAERSK Qrupuna aid APMT şirkəti gerçəkləşdirəcəkdir.
İqtisadiyyat şöbəsi
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı