Ölkədə inflyasiya azalıb
Bizi izləyin

Digər

Ölkədə inflyasiya azalıb

2014-cü ildə ölkədə qiymətlərin sabitliyi təmin edilib.

Publika.az Mərkəzi Banka istinadən bildirir ki, inflyasiya aşağı təkrəqəmli səviyyədə təmin olunub. İlin 11 ayında orta ilik inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz bəndi azalaraq 1.5% təşkil edib. Bu, ticarət tərəfdaşı ölkələrindəki orta inflyasiyadan (5.2%) əhəmiyyətli səviyyədə aşağıdır. Mərkəzi Bank il ərzində inflyasiyaya təsir edən amilləri daim nəzarətdə saxlayıb. Məqsədyönlü monetar tənzimləmə, daxili tələblə müqayisədə təklifin daha çox genişlənməsi, dünya bazarlarında ərzağın ucuzlaşması inflyasiyaya azaldıcı təsir edib.

Mərkəzi Bankın real sektor müəssisələri və ev təsərrüfatları arasında apardığı konyuktur sorğular inflyasiya gözləntilərinin azalmasını göstərir. Dövr ərzində əhalinin pul gəlirlərinin artımı inflyasiya tempini üstələyib. Nəticədə 11 ayda əhalinin sərəncamında qalan gəlirlər real olaraq 3.6%, real əmək haqqı isə 4% artıb.

Bu arada Dünya İqtisadi Forumunun son hesabatına görə Azərbaycan dünyada inflyasiyanın ən aşağı olduğu ölkələrdən biridir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm