Digər
Avtomobil kreditlərinin həcmi 31% azalıb
Maliyyə sistemi aktivlərinin 90%-ni özündə cəmləşdirən bank sektorunun maliyyə dərinliyi cari ildə artmaqda davam edib. Sektorun aktivləri 21.2% artaraq qeyri-neft ÜDM-in 78%-nə çatıb.
Publika.az-a Mərkəzi Bankdan verilən məlumata görə, hazırda Azərbaycan bank sektorunun maliyyə dərinliyi bank sistemləri orta inkişaf səviyyəsində olan ölkələrə uyğundur.
Bank kreditləri 18%, o cümlədən uzunmüddətli kreditlər 19.2% artıb. Hazırda kredit protfelinin 81%-dən çoxunu uzunmüddətli kreditlər təşkil edir. Ötən il biznes kreditləri 18%, o cümlədən, sənaye və istehsala 36.3%, kənd təsərrüfatı və emal üzrə kreditlər 14.1% artıb. Biznes kreditlərinin cəmi kredit portfelində xüsusi çəkisi 73% olub. Regionlara kredit qoyuluşları isə 39,4% artıb.
İstehlak kreditlərində mövcud dinamikanı və potensial riskləri nəzərə alaraq cari ildə bir sıra tənzimləmə tədbirləri görülüb. Nəticədə, istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1.9 dəfə azalaraq 19%-ə, ipoteka kreditləri istisna olmaqla isə 11%-ə enib. Avtomobil kreditlərinin mütləq həcmi 31% azalıb. MB-dan bildirilir ki, Azərbaycanda istehlak kreditlərinin kredit portfelində payı Avropa Yenidənqurma və İnkişaf Bankı üzrə ölkələrin orta göstəricisindən aşağıdır. İnkişaf etmiş ölkələrdə isə istehlak kreditlərinin portfeldə payı 50% və daha yuxarıdır.
İqtisadiyyat şöbəsi
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO