Digər
Rusiya 1,375 trilyon rubl həcmində anti-böhran paketi qəbul edir
Rusiya hökuməti anti-böhran planı qəbul etməyə hazırlaşır.
Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, hökumət anti-böhran planına dair yekun iclası bazar ertəsi keçirəcək .
Qeyd edək ki, anti-böhran layihəsinin reallaşdırılması üçün 1,375 trilyon rubl tələb olunur. Bu vəsait Dövlət zəmanəti və Milli Rifah Fondundan ayrılacaq. Vəsait əsasən kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsinə yönəldiləcək. Ümumilikdə bu sektora 50 milyard rubl nəzərdə tutulub. Sənayeyə isə hökümət 20 milyard ayırmağı planlaşdırır.
Xatırladaq ki, Rusiya anti-böhran planını sonuncu dəfə 2009-cu ildə qəbul edib. O zaman ölkənin büdcə kəsiri ümumi daxili məhsulun 5,9 faizinə çatmışdı. Bu il üçün isə həmin rəqəm 2-3 faiz proqnozlaşdırılır. Bu səviyyənin qalxmaması üçün Rusiya 2015-ci ilin büdcə xərclərində ixtisar planlaşdırır. Artıq Maliyyə Nazirliyi xərclərdə 10 faiz azaldılmaya gediləcəyini bildirib. Lakin bu, ilkin addımdı. Büdcə xərclərinin azaldılması 15 faizə çatdırıla bilər. Büdcə defisitinin isə əvvəlki illərdə toplanan rezervlərin hesabına qapadılması planlaşdırılır.
İqtisadiyyat şöbəsi
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO