Digər
Baş bankirdən açıqlama: "Borc problemi bir gün partlamalı idi"
“Azərbaycan neftin qiymətinin yuxarı olduğu dövrdə çox əhəmiyyətli maliyyə yastığı yaradıb. Kifayət qədər manevr imkanlarımız var. Bu cari ilin vəzifələrinin reallaşdırılmasına nikbin baxaq”.
Publika.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. O deyib ki, böhranın başlaması gözlənilməz olub: “Hazırkı böhran böyük resessiyadır. Amerikada ipoteka böhranı kimi başlayan böhran qısa müddətdə qlobal struktur böhrana çevrildi, dünya iqtisadiyyatını əhatə etdi. Bunun da çoxlu sayda aspektləri var, bunlar siyasi, texnoloji aspektlərdir. Güc mərkəzləri uzun müddət populist siyasət həyata keçirdi. Həm büdcə, həm monetar siyasət borclanmanın çoxalmasına yönəlmişdi. İnkişaf etməkdə olan ölkələrin toplam borc yükü onların daxili məhsulunun 107 faizinə bərabərdir. Amerikada dövlət borcunun ümumi daxili məhsula olan nisbəti 97, Avro Bölgəsində 96, Yaponiyada isə 250 faizə çatır. Bu, məsuliyyətsiz makroiqtisadi siyasətdir. Borc problemi bir gün partlamalı idi və partladı da”.
E.Rüstəmov deyib ki, Azərbaycan hökuməti borc məsələsinə çox həssasdır. 70 milyard dollar həddində valyuta ehtiyatına rəğmən, ölkənin xarici borcunun ümumi daxili məhsula nisbəti 8 faizdir.
İqtisadiyyat şöbəsi
-
Rəsmi xronika09:56
Prezident onları təltif etdi
-
MDB09:24
Rusiya və ABŞ rəsmiləri arasında gizli görüş: Ukrayna ilə bağlı görün nə danışıblar
-
Nəqliyyat08:34
Hazırda bu yollarda tıxac var - SİYAHI
-
Hadisə07:55
Azərbaycanda zəlzələ oldu
-
Sosial06:16
Daha bir dələduzluq növü: “20 manat ödəniş edirsiniz, sonra isə 3 aylıq..."
-
Sosial02:43
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR
-
İdman02:19
Klublararası DÇ-də səbətlər bəlli oldu: Püşk bu sistemlə atılacaq – FOTO
-
Qoroskop01:15
Günün qoroskopu: bunu etməsəniz, hər şey yaxşı olacaq