Qaz hasilatı niyə azalıb? – Açıqlama
Bizi izləyin

Digər

Qaz hasilatı niyə azalıb? – Açıqlama

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilin ilk ayları üçün karbohidrogen hasilatı statistikasını açıqlayıb. Bu məlumatlara görə, 2015-ci ilin yanvarında ümumilikdə 2 milyard 496 milyon kubmetr qaz hasil edib ki, bu da 2014-cü ilin analoji göstəricisindən 7.2% azdır.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Publika.az-a açıqlamasında bildirdi ki, Dövlət Statistika Komitəsi 2 milyard 496 milyon kubmetr qazın 1 milyard 759.9 milyon kubmetrinin əmtəə qazı olduğunu açıqlayıb: ”Statistika Komitəsinin məlumatına görə, ümumi qaz həcminin azalması 6.6 faiz təşkil edib. Baxmayaraq ki, əmtəəlik qaz istehsalında 7 faiz artım müşahidə edilib. Nəyə görə statistika komitəsi və SOCAR-ın məlumatları arasında fərq yanlız bir ay üçün 3 milyon kubmetr olub - məlum deyil. Həmçinin məlum deyil ki, niyə SOCAR-ın yanvarda qaz hasilatı keçən ilin eyni dövrü ilə müqayisədə 17.6 faiz azalıb.

SOCAR-ın məlumatına görə, 2015-ci ilin yanvarında 570.2 milyon kubmetr qaz hasil edib. Baxmayaraq ki, 2014-cü ilin yanvarında SOCAR 691.5 milyon kubmetr qaz hasil etmişdi”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm