Digər
Fransa və ABŞ "Azerspace-2" üçün iddiaçıdır
"Azerspace-2" peykinin və əlaqədar yerüstü avadanlıqların satınalınması"na dair "Azərkosmos" ASC tərəfindən elan edilmiş açıq tender üzrə iddiaçıların təkliflər zərfləri açılıb.
"Azərkosmos" ASC-dən Publika.az-a verilən məlumata görə, açıq tender prosesi çərçivəsində təklif vermiş şirkətlər sırasına ABŞ-ın "Orbital ATK" və "Space Systems Loral", Çinin "China Great WallIndustry Corporation" və Fransanın "Airbus Defence and Space" şirkətləri daxildir. Bu ilin ortasınadək tender üzrə qalib şirkətin seçilməsi planlaşdırılır.
Qeyd edək ki, "Azerspace-2"-nin orbitə çıxarılması 2017-ci ilə
planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın
Şərq və Tropik Afrikanı (Sahara səhrasından cənubda yerləşən Afrika
ölkələri) əhatə edəcək. "Azerspace-2" regionda DTH, hökumət
təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri
qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və
keyfiyyətli xidmət təklif edəcək.
Yeni peyk həm də birinci telekommunikasiya peyki olan
"Azerspace-1"-in orbitdəki ehtiyatı olacaq və "Azərkosmos"a
müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək.
Həmçinin "Azerspace-2" sayəsində şirkətin əhatə zonası da
genişlənəcək.
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO