Digər
Səlim Müslümov qalib taekvondoçumuzdan danışdı
Azərbaycan taekvondoçusu Ayxan Tağızadənin yarımfinal döyüşünü
izləyən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
idmançımızın qələbə döyüşü barədə təəssüratını
Publika.az-la
bölüşüb.
Onun sözlərinə görə, A.Tağızadənin qələbəsinə hər kəs sevindi:
“Ayxan Tağızadənin həm taktikası, həm özünü gözləməsi və hücumları
həqiqətən qürurverici idi. Yarımfinalda gənc taekvondomuzun çıxışı
hər kəsi sevindirdi. Allahın köməkliyi ilə final yarışında onun
qalib olması uğrunda hamı bir yerdə 10 dəqiqə ərzində idmançımızı
alqışlayıb, səsimizi ucaldacağıq”.
Mingəçevirdə avarçəkmə yarışlarını da izlədiyini söyləyən nazir
qeyd edib ki, paytaxtla yanaşı Mingəçevirdə də böyük fanat ordusu
vardı. Allaha şükürlər olsun medal sayına görə 2-ci yerdəyik:
“İdmançılarımızın nəticələri ilə qürur hissi
duyuruq”.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Ayxan Tağızadə (68 kq) rusiyalı Aleksey Denisenko ilə qarşılaşmada 7-5 hesabı ilə qələbə qazanaraq finala adlayıb.
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi