Zaur Məmmədov: ABŞ seçkiləri arxaik prosedurdur
Bizi izləyin

Qarabağ

Zaur Məmmədov: ABŞ seçkiləri arxaik prosedurdur

ABŞ-da baş verənlər ölkənin tarixində birmənalı olaraq ilkdir. Bunu Trampın adı ilə bağlamaq olar. O, əvvəlki ABŞ siyasətçilərindən fərqli olaraq demokratik keçirilməyən seçkilərin nəticələri ilə barışmadığını açıq-aşkar şəkildə bəyan edərək mübarizəsini davam etdirdi. Dünən onun tərəfdarlarının keçirdiyi dinc mitinqin radikal aksiya ilə əvəzlənməsi də bir daha onu göstərdi ki, ABŞ daxilində keçirilən seçkilərlə bağlı ciddi islahatlar edilməlidir.

Bu sözləri Publika.az-a açıqlamasında Bakı Politoloqlar klubunun sədri Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, Amerikada seçkilər digər dünya ölkələrindən bir qədər fərqli şəkildə keçirilir və seçki komissiyası tərəfindən prezidentin seçilməsi artıq arxaik prosedurdur:

“Düşünürəm ki, buna tez bir zamanda düzəliş etmək lazımdır. Digər tərəfdən ABŞ daxilində bu gün müəyyən güclərin də səhnəarxası mübarizəsinin şahidiyik. Qlobalistlər və anti-qlobalistlər, eləcə də digələri ABŞ siyasətinə kifayət qədər ciddi təsir edən və görünməyən qüvvələrdir. Onların bəziləri Trampı, bəziləri Baydeni dəstəkləyirdilər. Əslində səhnə arxasında olan bir çox qüvvənin əsas məqsədi nəyin bahasına olursa-olsun Trampın növbəti dəfə seçilməsinə imkan verməmək, Bayedinin qalib gəlməsi və daha sonra Kamala Harrisin hakimiyyətə gətirilməsidir. Kamala Harrislə bağlı onların bir çox planları var, onların istəklərinin icraçısı qismində çıxış edəcək. Hər halda Azərbaycan üçün ABŞ-da sabiktliyin olması çox vacibdir. Çünki güclü ABŞ Cənubi Qafqazda müəyyən qüvvələr arasında tarazlıq deməkdir ki, bu da Qarabağın gələcək taleyi üçün çox vacibdir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm