Rusiyadan sülhməramlılarla bağlı AÇIQLAMA: 21 fevrala qədər...
Bizi izləyin

Qarabağ

Rusiyadan sülhməramlılarla bağlı AÇIQLAMA: 21 fevrala qədər...

Rusiya sülhməramlı kontingentinin (RMK) hərbi həkimləri Dağlıq Qarabağdakı sülhməramlıları peyvənd etməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, peyvəndləmə iki mərhələdə həyata keçirilir. 14-31 yanvar tarixlərində peyvəndin birinci mərhələsi bütün heyətə, 1-21 fevral tarixlərində isə ikinci mərhələsi tətbiq ediləcək.

"Ümumilikdə, Dağlıq Qarabağa təxminən 2 min doza peyvənd göndərilib. Bu miqdar sülhməramlıların bütün heyətini əhatə etmək üçün kifayət edir. Peyvənd xüsusi termal konteynerlərdə çatdırılıb və bu, peyvəndin daşınması zamanı təhlükəsizliyini təmin edib”, sülhməramlıların tibb xidmətinin rəisi, polkovnik-leytenant Oleq Boqayev deyib.

Qeyd edək ki, sülhməramlılar 1950 nəfərdən ibarətdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm