Qarabağ
Qarabağda bu ərazilər minalardan TAMAMİLƏ TƏMİZLƏNDİ
Aidiyyəti qurumlar tərəfindən qarşıya qoyulmuş plana əsasən bir neçə infrastruktur, nəqliyyat, həmçinin torpaq sahələrinin minalardan təmizlənməsi işləri başa çatdırılıb və aidiyyəti üzrə təhvil verilib.
Publika.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclasında bildirilib.
Qeyd edilib ki, minatəmizləmə fəaliyyətinin səmərəli şəkildə davam etdirilməsi məqsədilə bu sahədə birgə humanitar minatəmizləmə standardlarını əsas tutaraq qurumlararası təlimlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilib.
Xatırladaq ki, iclasda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, eləcə də Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
