Qarabağ
Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə rayonunun Vəngli, Çıldıran, Kolatağ və Heyvalı, Xocalı rayonunun Badara, Xanyurdu və Xanabad kəndlərinə, Xocavənd şəhəri və rayonun Quzeyxırman kəndinə növbəti köç karvanı yola salınıb.
Publika.az xəbər verir ki, bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə (42 nəfər), Çıldıran kəndinə 15 ailə (49 nəfər), Kolatağ kəndinə 2 ailə (6 nəfər), Heyvalı kəndinə 1 ailə (1 nəfər), Xocalının Badara kəndinə 4 ailə (7 nəfər), Xanyurdu kəndinə 9 ailə (32 nəfər), Xanabad kəndinə 8 ailə (33 nəfər), Xocavənd şəhərinə 7 ailə (30 nəfər), Xocavəndin Quzeyxırman kəndinə isə 17 ailə (71 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
-
Dəb07:47Qışın ən dəbli saç rəngi açıqlandı
-
Səhiyyə07:30Soyuq havada gözlərin yaşarmasının səbəbi məlum oldu
-
Magazin206:16Hadise makiyajsız kameralar qarşısında: Üzündəki göyərmə diqqət çəkdi - FOTO
-
Magazin204:44“Vogue” jurnalı ilin ən dəbli cütlüyünü seçdi
-
Sosial01:41Kənd yumurtası kəskin bahalaşdı - VİDEO
-
İdman00:15Ərdoğan “Beşiktaş”ın prezidentinə zəng etdi
-
Qoroskop00:10Günün ULDUZ FALI - Zəhmətinizin bəhrəsini görməyə çox az qalıb
-
Region26 Noyabr 23:48Fidan gürcüstanlı həmkarı ilə matç zamanı baş verən insidentdən danışdı




































