Qarabağ
Bakı Minsk qrupunun fəaliyyətini ləğv edə bilər – Zülfüqarov
“Biz görürük ki, indi həm ATƏT-in Minsk qrupu, həm də ermənilər bir tezisi təkrarlayırlar, onlar iddia edirlər ki, münaqişə bitməyib. Cənab Prezidentin də dediyi kimi, sanki onlar köhnə mövqelərində qalıblar. Bəzi məsələlərin həll olunmadığını dilə gətirirlər. Amma bu, belə deyil”.
Bunu Publika.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Politoloq bildirib ki, münaqişədən əvvəl bizim mövqeyimiz belə idi ki, Ermənistan ərazilərimizi işğal edib:
“Etnik təmizləmələr aparıb. Müharibədən sonra Azərbaycan öz ərazi bütövlüyünü, dövlət sərhədini bərpa etdi. Biz Qarabağda yaşayan erməni əhalisi ilə müharibə vəziyyətində deyilik. İndi yeni mərhələ başlayıb. İndi onların Azərbaycan dövlətinə reinteqrasiya prosesi başlayıb. Artıq status-kvo yoxdur. Yeni mərhələ və bu mərhələyə yeni baxış var. Ermənistan da bunu dərk etməlidir”.
Ekspert xatırladıb ki, Azərbaycanın beynəlxalq hüquqlara söykənən bir hüququ var:
“Bakı ATƏT-in Minsk qrupunun Qarabağla bağlı fəaliyyətini ləğv edə bilər. Çünki Minsk qrupu Azərbaycanın müraciətindən sonra yaranmış bir qrupdur. Vaxtilə biz ATƏT-ə vasitəçilik üçün müraciət etmişdik. İndi bu vasitəçiliyə elə bir ehtiyac yoxdur. Cənab Prezidentin də dediyi kimi, artıq münaqişə həll olunub. Bu baxımdan biz istənilən vaxt onu ləğv edə bilərik”.
Tofiq Zülfüqarov əlavə edib ki, Azərbaycan konstruktiv mövqedədir:
“Bakı indi ATƏT-in Minsk qrupuna deyir ki, gedin hansısa faydalı fikirlərlə gəlin. Faydasız fikirlərlə gəlməyin. Hətta vaxtilə ABŞ-ı təmsil edən həmsədrlərdən biri təklif etmişdi ki, bölgənin yenidən inkişafı ilə bağlı donor konfransı çağırılsın. Qarabağ bölgəsinə yardım etmək istəyənlər Azərbaycanın vasitəsilə oraya humanitar yardımlar edə bilər. Çünki Qarabağ Azərbaycan ərazisidir”.
Tural Turan
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...