Qarabağ
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
Qondarma “artsax məsələsi üzrə beynəlxalq komitə”nin koordinatoru, Ermənistanın keçmiş xarici işlər nazri Vardan Oskanyan İrəvanda separatçıların “deputatları” ilə görüş keçirib.
Publika.az xəbər verir ki, iki saat davam edən görüşdə qondarma “komitənin” üzvləri Karen Bekaryan və Geqam Stepanyan da iştirak edib.
Oskanyan görüşdə son iki ayda Avropada qondarma “artsax”la bağlı keçirdiyi görüşlərdən bəhs edib. O, Avropada müxtəlif rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən, Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Tovio Klaarla görüşdüyünü bildirib. O, “Qarabağ erməniləri”nin hüquqlarının müdafiəsi üçün səylərini davam etdirəcəyini deyib.
Oskanyan bildirib ki, buna nail olmaq asan deyil, çünki nəinki dövlət səviyyəsində belə bir proqram həyata keçirilmir, həm də başqalarının bunu etməsinə imkan verilmir.
“Ermənistanın müxtəlif ölkələrdəki səfirlikləri görüşdükləri dövlət rəsmilərini “artsax”la bağlı proqrama dəstək verməkdən çəkinməyə çağırırlar. Lakin biz işimizi davam etdirəcəyik”, - o bildirib.
Oskanyan qeyd edib ki, qondarma “komitənin” üzvləri arasında iş bölgüsü aparılıb. Həm siyasi, həm hüquqi istiqamətdə iş aparacaqlar. Karen Bekaryan isə (keçmiş separatçı rejimdə “deputat” olub) “artsax” mövzusunu Ermənistanda gündəmdə saxlamaq missiyasını həyata keçirəcək.
Asif
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
























.jpg)











