"Bu şəxslərə ömürlük cəza verilsin" - İşgəncə görən əsirlər
Bizi izləyin

Qarabağ

"Bu şəxslərə ömürlük cəza verilsin" - İşgəncə görən əsirlər

Yasamal rayon Məhkəməsinin inzibati binasında birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan 11 - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlər çıxış edib. Zərərçəkmiş Elşən İslamov bildirib ki, təqsirləndirilən şəxslərəçən ağır cəza, ömürlük cəza verilməsini istəyib. Zərərçəkmiş Elman Hacıyev deyib ki, əsirlikdə olan da bu şəxslərə işgəncə verməməsi üçün çox yalvarıb və bu səbəbdən onlara ağır cəza verilməsini tələb edib. Digər zərərçəkmişlər də çıxışlarında təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini istəyib.

Daha sonra vəkillər çıxış.etmıj üçün vaxt istəyib. Bu səbəbdən proses avqustun 2-nə.təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm