İrəvan Bakının təqdim etdiyi proqramı qəbul edib - Abramyan
Bizi izləyin

Qarabağ

İrəvan Bakının təqdim etdiyi proqramı qəbul edib - Abramyan

Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərinin iştirakı ilə kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun fəaliyyətə başlaması İrəvanın Bakının təqdim etdiyi gündəliyi qəbul etməsi deməkdir.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı, hərbi ekspert Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, may ayında sərhəddə yaranan problemlərə görə fəaliyyətini dayandıran işçi qrupu yenidən işə başlayırsa, deməli hansısa razılıq var.

“Bu da Ermənistanın Azərbaycanın təqdim etdiyi proqramı qəbul etməsidir”, - Abramyan bildirib.

Qeyd edək ki, Azərbaycan Ermənistana sərhədin delimitasiyasının da daxil olduğu sülh sazişi ilə bağlı proqram təqdim edib.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm